Prezident “DP World” şirkətlər qrupunun sədrini qəbul edib

saytların hazırlanması

Evə çatdırılma

Prezident “DP World” şirkətlər qrupunun sədrini qəbul edib

Maraqlı

21 Sentyabr 2021 12:53 879


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Dominos pizza

Eyni zamanda bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin açılması və ölkəmizdə azad ticarət zonasının fəaliyyətə başlaması həm ölkələrimiz arasında, həm də regionda iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!