Prezident Əliyev Davosda AYİB-in birinci vitse-prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Prezident Əliyev Davosda AYİB-in birinci vitse-prezidenti ilə görüşdü

Siyasət

19 Yanvar 2023 13:33 589


Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub.

Yenisabah.az xəbər verir ki, görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyi vurğulanıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsi xüsusi qeyd edilib. Dördpendirli pizza

Söhbət zamanı perspektiv prioritetlər, o cümlədən nəqliyyat, logistika, informasiya texnologiyaları, bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!