Prezident Əliyev Qətər Əmirinə təbrik məktubu göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Əliyev Qətər Əmirinə təbrik məktubu göndərdi

Siyasət

18 Dekabr 2025 12:15 456


Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu gömdərib.

"Yeni Sabah" xəbər verir ki, məktubda deyilir:

"Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sezar pizza

Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan

Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir.

Əminəm ki, qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!