Prezident fərman verdi, məmurlar toplantı keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident fərman verdi, məmurlar toplantı keçirdi

Sosial

17 Aprel 2019 00:44 1639


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” prezidentin fərmanının icrası ilə bağlı görülmüş işlərin, qarşıya çıxan problemlərin müzakirəsi mövzusunda müşavirə keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, müşavirədə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayev, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.  

Əli Əsədov dövət başçısının 19 fevral 2019-cu il tarixində imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının əhəmiyyətindən danışıb. Ə.Əsədov xüsusilə vurğulayıb ki, vətəndaşlar tərəfindən İlham Əliyevə ünvanlanmış çoxsaylı müraciətlərə cavab olaraq, ölkə başçısı növbəti dəfə humanizm nümayiş etdirərək imzaladığı bu fərmanla yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha sübut etdi.  Pepperoni pizza

Kəmaləddin Heydərov bildirib ki, ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən lazımi işlər görülüb və bu proses fasiləsiz olaraq davam etdirilir. K.Heydərov vurğulayıb ki, hazırda respublika üzrə istismara qəbul olunmamış çoxmənzilli yaşayış binlarının sayı 434 ünvan təşkil edir ki, bunun da 381-i Bakı şəhərindədir. 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir deyib ki, 15 aprel 2019-cu il tarixinə kimi bu qərargahda 227 yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib. Binalarda müayinə işlərinin yekunlaşdığını, bunun əsasında aşkar edilən çatışmazlıqlarla bağlı görüləsi işlərin tez bir zamanda müəyyən olunacağını bildirən nazir onu da əlavə edib ki, 14 binaya dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Nazir işlərin Fərmanla müəyyən olunmuş zamanda həyata keçirilməsinin və aşkar edilən çatışmazlıqların operativ aradan qaldırılmasının vacibliyini bildirib.

Müşavirədə digər qurumların rəhbərləri ötən müddətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!