Prezident Fransa səfirinə Laçın-Xankəndi yolundan keçən maşınların sayını dedi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Fransa səfirinə Laçın-Xankəndi yolundan keçən maşınların sayını dedi

Siyasət

26 Yanvar 2023 12:57 626


Dekabrın 12-dən etibarən 1 000-ə yaxın nəqliyyat vasitəsinin Laçın-Xankəndi yolu ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib. Dördpendirli pizza

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!