Prezident gələn ilin büdcəsini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Prezident gələn ilin büdcəsini təsdiqlədi

Siyasət

30 Dekabr 2022 13:23 746


Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2023-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, gələn il büdcənin gəlirləri 30 774 milyon manat, xərcləri 33 353,3 milyon manat olacaq.

Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 3,25% çoxdur. Sezar pizza

Son nəticədə büdcədə 2 579,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17% azalma deməkdir.

Büdcə gəlirlərinin 30 017 milyon manatı mərkəzləşdirilmiş, 757 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 32 584 milyon manatı mərkəzləşdirilmiş, 769,3 milyon manatı isə yerli xərclərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!