Prezident Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Prezident Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib - FOTOLAR

Siyasət

27 Mart 2026 11:51 770


Prezident İlham Əliyev martın 27-də Gürcüstanın Azərbaycandakı səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

“Yeni Sabah”ın xəbərinə görə, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşılayıb. 

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Marqarita pizza

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb. 

Dövlət başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna toxunub.

Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!