Prezident “İki sahil” qəzetinin əməkdaşını təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident “İki sahil” qəzetinin əməkdaşını təltif etdi

Maraqlı

24 İyun 2021 17:04 1144


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamla Silahlı Qüvvələrin 11 min 831 hərbi qulluqçusu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Yenisabah.az xəbər verir ki, təltif olunanlar arasında "İki sahil” qəzetinin baş redaktorunun müavini, ehtiyatda olan kapitan Miriyev Anar Barat oğlu da var.

O, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb. pizza sifarişi

Qeyd edək ki, Anar Miriyev 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsində ehtiyatdan cağırılan zabit kimi iştirak edib. O, müharibə başa çatandan sonra Azərbaycan Ordusunun sıralarından ehtiyata buraxılıb və hazırda “İki sahil” Media Qrupunda işini davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!