Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTOLAR

Siyasət

22 Yanvar 2026 01:12 820


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda "Vitol" şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verildi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunuldu. Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulandı.

Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. pizza

Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən "Vitol" dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə qurulan "Vitol" qrupu dünyanın üç əsas xam neft broker şirkəti sırasına daxildir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!