Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Siyasət

23 Dekabr 2025 23:53 534


Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Yeni Sabah" həmin məktubun mətnini təqdim edir:

"Zati-aliləri, hörmətli cənab Prezident. pizza

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi böyük sevinc hissi ilə çatdırıram. Sizin fədakarlığınıza birbaşa şahid olan dost və həmkar kimi deyə bilərəm ki, liderliyə gətirdiyiniz səmimiyyət və güc məni həqiqətən ruhlandırır.

Sizin uzaqgörən rəhbərliyiniz Azərbaycanı rifahın və qlobal nüfuzun yeni zirvələrinə yüksəltmişdir, eyni zamanda sülhə, mədəni irsə və iqtisadi inkişafa sadiqliyiniz saysız-hesabsız insanın həyatına müsbət təsir göstərmişdir.

Beynəlxalq forumlar çərçivəsində və ikitərəfli görüşlərimiz, eləcə də Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında getdikcə möhkəmlənən əlaqələr məndə gələcəkdə dostluq və əməkdaşlığın daha da dərinləşəcəyi ilə bağlı nikbinlik hissi yaradır.

Bu əziz gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycanı daha parlaq gələcəyə aparan fəaliyyətinizdə uğurlar arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!