Prezident ipoteka ilə bağlı fərman imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident ipoteka ilə bağlı fərman imzaladı

İqtisadiyyat

25 İyul 2025 16:21 1615


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, fərmana əsasən, fondun nizamnamə kapitalı 1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min) manatdan 1 153 400 000 (bir milyard yüz əlli üç milyon dörd yüz min) manata qaldırılır.

Fərmanın icrası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2025-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 85 000 000 (səksən beş milyon) manat hesabına təmin ediləcək. Sezar pizza

Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, fond bu fərmandan irəli gələn məsələləri həll etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!