“Prezident Kuboku“ 3-cü dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında

saytların hazırlanması

Evə çatdırılma

“Prezident Kuboku“ 3-cü dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında

İdman

04 Aprel 2025 14:21 247


Avropa Kanoe Assosiasiyası “ECA” “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmi təqvim planına daxil edib. Assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub. Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.

Təsdiqlənmiş təqvimə əsasən iştirakçı komandalar 2025-ci il 28 aprel tarixində Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-u Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Mayın 2-də yarışların final görüşləri keçiriləcək.

Xatırladaq ki, “Prezident Kuboku-2023” və “Prezident Kuboku-2024” beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi. Pepperoni pizza

QEYD: Xəbərin yer aldığı Avropa Kanoe Assosiasiyasının rəsmi internet səhifəsinə daxil olmaq üçün aşağıdakı keçid-dən istifadə edə bilərsiniz.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!