Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Yenisabah.az xəbər verir ki, təltif edilənlər arasında general-mayor Kənan Seyidov da var.
K.Seyidov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. pizza mizza
Qeyd edək ki, K.Seyidov 1974-cü ildə anadan olub. O, 2003-cü ildə "Azərbaycan Bayrağı" ordeni, 2014-cü ildə "Vətən uğrunda" medalı, 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
K.Seyidov Şuşanın düşməndən azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə böyük şücaət göstərmiş yüksək rütbəli zabit kimi tanınır.
Telegram kanalımız