Prezident onları vəzifəsindən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident onları vəzifəsindən azad etdi

Mədəniyyət

01 Mart 2023 17:05 2705


Mədəniyyət Nazirliyində növbəti kadr islahatı həyata keçirilib.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

Qeyd edək ki, 76 yaşlı S.Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini postunu tuturdu. Pepperoni pizza

Vaqif Əliyev isə Prezidentin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!