Prezident: Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Prezident: Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək

Siyasət

23 Mart 2026 12:45 735


Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışı zamanı müəssisənin əməkdaşları ilə görüşdə deyib.

“İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun”, - dövlət başçısı vurğulayıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!