Prezident toyların keçirilməsinə icazə verdi - Dağıstanda

saytların hazırlanması

Evə çatdırılma

Prezident toyların keçirilməsinə icazə verdi - Dağıstanda

Rəsmi

08 İyul 2020 19:30 815


Çeçenistanda koronavirus pandemiyası ilə əlaqədar toy ziyafətlərinin keçirilməsinə qoyulan qadağa aradan qaldırılır.

Yenisabah.az xəbər verir ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu barədə özünün “VKontakte” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Müsbət dinamikanı nəzərə alaraq, sosial məsafə tədbirlərinə riayət etməklə, toy mərasimlərinin keçirilməsinə və mərasim zallarının açılması barədə qərar qəbul etdim. Bu cür məkanlarda oturacaqların və masaların sayı iki dəfə azaldılmalıdır”, - R.Kadırov “VKontakte” hesabında yazıb. pizza

Qeyd edək ki, Çeçenistanda 1 795 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!