Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

Siyasət

04 May 2024 14:45 519


“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiq edilib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da təsdiqləyib. pizza

Qeyd edək ki, sazişlər 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!