Prezidentdən generallarla bağlı daha bir sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən generallarla bağlı daha bir sərəncam

Siyasət

27 İyun 2019 17:29 2478


Azərbaycan prezidenti İlham Əliyev ali hərbi rütbələrin verilməsi haqqında yeni sərəncam verib. 

“Yeni Sabah” xəbər verir ki, İlham Əliyev Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilsin. Dördpendirli pizza

Azərbaycan prezidenti digər sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!