Prezidentdən şəhid ailələri ilə bağlı fərman

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən şəhid ailələri ilə bağlı fərman

Siyasət

24 Noyabr 2021 16:54 4878


Prezident İlham Əliyev 25 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Yeni Sabah”ın məlumatına görə, Fərmanda deyilir ki, siyahıya aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 1.7 – 1.9-cu bəndlər əlavə edilsin: pizza mizza

1.7.

şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

1.8.

müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

1.9.

hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

1.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

4.2.

müddətli həqiqi hərbi xidmətdə olmasına dair arayış verilməsi

1.3. 5.4-cü bənddə “əbədiləşdirməsi” sözü “əbədiləşdirilməsi” sözü ilə əvəz edilsin;

1.4. 7-ci hissə ləğv edilsin.

2. Bu Fərmanın 1.1-ci və 1.4-cü bəndləri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Araz Niftalıyev
    Birinci qarabağ əlillərinə,sığorta pulu nə vaxt veriləcək.
    4 years ago