Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamında dəyişiklik edib.
“Yeni Sabah” xəbər verir ki, dəyişikliklə Azərbaycan prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli sərəncamının 1-ci hissədə “2014-2018-ci” sözlərinin “2014-2028-ci” sözləri ilə, 3.1-ci bənddə “2015-2018-ci” sözlərinin “2015-2028-ci” sözləri ilə əvəz edilməsi qərara alınıb.
Telegram kanalımız