“Prezidentin “Azəriqaz”la bağlı toxunduğu bütün məsələlər diqqətlə araşdırılacaq”
Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib. O, bildirib ki, ötən ilin dekabr ayının 1-nə kimi “Azəriqaz” 80 saylı qərara əsasən, birtərəfli qərar tətbiq edirdi. Həmin tarixdən etibarən qərar qüvvədən düşüb:
“Qərarın qüvvədən düşməsilə biz heç bir abonentə hüquq-mühafizə orqanının, məhkəmənin qərarı olmadan, dəymiş ziyanı tələb etmirik. Məhkəmə sayğaca müdüaxilə edildiyini, dəymiş ziyanı təsdiqlədikdən sonra abonentə borcu barədə bildiriş verilir. Ümumilikdə “Azəriqaz” tərəfindən sayğaclara müdaxilə olunmur”. Pepperoni pizza
R.Hacıyev qeyd edib ki, abonentlərə verilən təbii qazın keyfiyyətinin artırılması “Strateji yol xəritəsi”ndə də nəzərdə tutulub:
“2020-ci ildən Azərbaycanda Böyük Qaz Emalı zavodu tikiləcək. “Azəriqaz”ın tədbirlər planında da bu məsələ öz əksini tapıb. Ölkə rəhbəri tərəfindən qeyd olunan problemlər yaxın vaxtlarda həll olunacaq. İndiki halda əhaliyə verilən təbii qaz “QOST”a uyğundur.
Sadəcə bəzi mədən qazlarının qarışması zamanı keyfiyyət aşağı düşə bilir. Amma dediyim kimi, zavod fəaliyyətə başaldıqdan sonra əhaliyə verilən qaz tam keyfiyyətli olacaq”.
Modern.az
Telegram kanalımız