Prezident İlham Əliyev və birinci xanım Mehriban dünən Əliyeva Novruz şənliyində iştirak ediblər.Onlar şəkillər, selfilər çəkdiriblər. Xeyriyyə yarmarkası və festivala baş çəkiblər. İçərişəhərdə olublar. Novruz tonqalını avovlandırıblar.
“Yeni Sabah” xəbər verir ki, prezidentin dünən şəhərin mərkəzində bayram gəzintisini ekspert Osman Gündüz şərh edib. O, bildirib ki, prezident bu tədbirdə kifayət qədər sərbəst, bayram əhval ruhiyyəsində, ünsiyyətə meylli və səmimi görsənirdi: “Uşaqla uşaq, böyüklə böyük”.
Prezidentin və birinci xanımın gəzintidə çəkilən fotolarına diqqət yetirən ekspert deyir ki, burada kifayət qədər maraqlı məqamlar var: “Bu dəfə balkonlardan baxanlara qadağalar olmayıb. Əvvəlki bu tip tədbirlərlə müqayisədə daha çox sayda insanlarla ünsiyyətə imkan yaradılıb. Toyuqlu pizza
Ümumiyyətlə, hiss olunur ki, prezidentin əhali ilə təmasları artdıqca, sərbəst davranışları artdıqca təhlükəsizlik xidmətinin işi ağırlaşır. Yollar daha uzaq ərazilərdə bağlanır.
Təbii, təhlükəsizlik vacibdir. Daha doğrusu, çox vacibdir. Ümumiyyətlə, regionda baş verənlərə diqqət yetirdikdə dövlət başçısının təhlükəsizliyinə xüsusi önəm verilməsinin zəruriliyi anlaşılandır.
Bununla belə düşünürəm ki, bu tip tədbirlərə gələcəkdə daha sivil formada hazırlaşmaq lazımdır. Güman ki, prezidentin belə görüş və gəzintiləri artacaq. Ehtiyac da var. Xüsusən də, qarşıdan seçkilər gəlir.
Ümid edirəm, gələn dəfə belə olan halda Nobel və ya Babək prospektinin ortasında yolları 2 saat bağlamağa ehtiyac olmayacaq”.
Telegram kanalımız