Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər - FOTOLAR

Hadisə

02 May 2026 09:56 753


Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Zamin Qalayev vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Gizir rütbəsində xidmət edən Z.Qalayev ötən gün xidməti vəzifəsini yerinə yetirən zaman Uzunoba gölündə boğularaq ölüb. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il dekabrın 15-də imzaladığı sərəncamla Qalayev Zamin Zelan oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!