Prezidentin müşavirəsi Türkiyə mətbuatında geniş işıqlandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin müşavirəsi Türkiyə mətbuatında geniş işıqlandırıldı

Siyasət

13 Aprel 2022 19:36 800


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Yenisabah.az xəbər verir ki, Türkiyən bir neçə nüfuzlu xəbər agentliyi Prezident İlham Əliyevin müşavirədəki çıxışından geniş hissələri videomaterial olaraq yayımlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla normallaşma prosesinə dair mühüm mesajlarına diqqətlə yanaşan “CNN Türk” telekanalı, “Yeni akıt”, “Hurriyet”, “Star” qəzetləri və sair media quruluşları dövlətimizin başçısının çıxışındakı fikir və mülahizələri geniş ictimaiyyətə təqdim edib. Diqqətə çatdırılıb ki, Ermənistan hakimiyyəti Azərbaycanın sülh təkliflərinə cavab verib. Prezident İlham Əliyev müşavirədə bildirib ki, bölgədə sülhə meyilliliyin təməlində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə dayanır. Azərbaycan bundan sonra da güclənməkdə davam edib regional liderliyini qoruyacaqdır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!