“Prezidentin quluyam” deyən sabiq məmur indi nə işlə məşğul olur? - “Tar çalıram”

saytların hazırlanması

Evə çatdırılma

“Prezidentin quluyam” deyən sabiq məmur indi nə işlə məşğul olur? - “Tar çalıram”

Siyasət

18 Aprel 2022 18:45 5940


“Hazırda musiqi ilə məşğulam, ud, tar çalıram. Həmçinin idmanla da məşğulam. Səhhətim də yaxşıdır”.

Yenisabah.az Unikal.org-a istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılov deyib.

O, idmançılara kömək etdiyini də qeyd edib. pizza sifarişi

“Ümumiyyətlə, sağlam həyat tərzi keçirirəm. Pensiyada olan insan başqa nə etməlidir ki? Təklif olarsa, bundan sonra da dövlət qurumlarında çalışmağa və mənə olan etimadı doğrultmağa hazıram. Yəqin ki, məsləhət görülərsə, işlə bağlı təklif də olacaq”, - deyə sabiq nazir müavini bildirib.

Qeyd edək ki, İsmayıl İsmayılov ötən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Xatırladaq ki, İsmayıl İsmayılovun işdən çıxarılandan sonra verdiyi açıqlama birmənalı qarşılanmamışdı. Sabiq məmur "Prezidentin quluyam" deməklə gündəmə gəlmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!