Prezidentin təltif etdiyi gənclərlə bağlı   MARAQLI MƏLUMATLAR - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin təltif etdiyi gənclərlə bağlı MARAQLI MƏLUMATLAR - FOTOLAR

Siyasət

01 Fevral 2023 21:43 2245


Prezident İlham Əliyevin 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sərəncam imzalayaraq, bir sıra gəncləri təltif edib, onlardan 7-si “Tərəqqi” medalına layiq görülüb.

Maraqlıdır ki, dövlət başçısı tərəfindən bu medala layiq görülənlərdən 5-i iş yoldaşıdır. Onlar, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun əməkdaşlarıdır.

Yenisabah.az onlar barədə məlumatları təqdim edir: Sezar pizza

Orxan Ərəbov Gənclər Fondunun İcraçı direktorunun müavinidir.

Vüsalə Niftəliyeva Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiridir.

Günay Qədimbəyova da eyni şöbədə çalışır. Amma o, şöbənin Baş mütəxəssisidir.

Şəfəq Bayramova isə Gənclər Fondunun Maliyyə və təsərrüfat şöbəsində Baş mütəxəssisdir.

Qədirov Mübariz də Gənclər Fonunda çalışır. O, Fondun Gənclər təşkilatları ilə iş şöbəsinin Baş mütəxəssisidir.

“Tərəqqi” medalı ilə təltif olunan Qadir Əkbərov Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisidir.

Fuad Babayev Gənclər və İdman Nazirliyində çalışır. O, nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiridir./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!