“Bu gün sosial şəbəkələrdə vaksinlə bağlı müxtəlif məlumatlar yayılır. Hətta bəzi məlumatlarda müəyyən alimlərin, tədqiqat mərkəzlərinin adları çəkilir. İlk növbədə qeyd edim ki, 2019-cü ildə ÜST insan sağlamlığını təhdid edən 10 amili qeyd edib. Bunlardan biri vaksin tərəddüdü, antivaksin kampaniyasıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Həkim qeyd edib ki, vaksin elmin insanlığa bəxş etdiyi ən böyük dəyərdir:
“Vaksinasiya nəticəsində bu gün dünyada 500 milyon insanın həyatına son qoyan infeksiya yoxa çıxıb. Taun xəstəliyi təbabətin hesabına aradan qaldırılıb. Bütün bunlar bir daha göstərir ki, vaksinasiyaya münasibətdə fikirlərdə yanlışlıq ola bilər. Bir şeyi qeyd edim ki, viruslar öz genomunda həyatın qeyri-hüceyrəvi formasıdır. DNT və RNT tərkibli olurlar. DNT tərkibli viruslar daha stabil, RNT tərkibli viruslar isə mutasiyaya uğramaq qabiliyyətinə malikdir. Bu gün qrip virusunun iki mindən çox ştamı var. Hər il o, yeni bir ştamla peyda olur”. Marqarita pizza
Mütəxəssis koronavirus ailəsinin 40 növünün olduğunu diqqətə çatdırıb:
“Onlardan yeddisi insanda xəstəlik törədir. Dördü hər il mövsümi soyuqdəymə yaradır. SARS-1 MERS və SARS-2 virusun ən təhlükəli formaları olaraq qeydiyyata düşüb. Bu viruslar mutasiyaya uğrayırlar. SARS-2 SARS-1-in analoji variantıdır. Əslində, mutasiyanın bir formasıdır. Bu gün SARS-2 virusunun da çoxsaylı mutasiyaları mövcuddur. Mutasiyaya uğradığına görə isə bu cür infeksiyaların vaksini uzunmüddətli ola bilmir. Məsələn qripin də universal bir vaksini yoxdur, hər il onunla bağlı yeni bir vaksin icad olunur”.
Adil Qeybullanın sözlərinə görə, vaksinasiya müvəqqəti bir tədbirdir və insanları kollektiv immunitetə çatdırmağa xidmət edir:
“İstər vaksin, istərsə də yoluxma nəticəsində insanlarda müəyyən qədər immunitet formalaşır və onlar kollektiv immunitetə yaxınlaşırlar. Bir populyasiyada 70-75 faiz insanın immun sisteminin formalaşması yetərlidir ki, orada kollektiv immunitet ortaya çıxsın. Ona görə də vaksin əleyhinə deyilən fikirlər əsassızdır və kütləvi vaksinasiya şəraitində müəyyən problemlər tarix boyu yaşanıb. Deyə bilərəm ki, vaksinasiyanın yaxın nəticələrində hələlik bir problem yoxdur. Bir şeyə əmin olmaq lazımdır ki, Dünya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri bunu ciddi şəkildə izləyir. Ona görə də şayiələrə uymaq lazım deyil. Peyvənd olunmaq vacibdir, hər halda biz insanlarımızı xilas etməliyik”.
Telegram kanalımız