Prokuror “Gəncə işi”ndə mühakimə olunanların işinin yumşaldılmasını təklif edib

saytların hazırlanması

Evə çatdırılma

Prokuror “Gəncə işi”ndə mühakimə olunanların işinin yumşaldılmasını təklif edib

Kriminal

09 Avqust 2019 18:50 1259


Dövlət ittihamçısı "Gəncə işi" üzrə mühakimə olunan 8 nəfərdən ibarət digər qrupun cəzasının yumşaldılmasını təklif edib.

Avqustun 8-də Apellyasiya Məhkəməsində keçirilən prosesdə prokuror Ceyhun Əliyev 7 nəfərin barəsində ittihamın CM-nin 220.1-ci maddəsindən (kütləvi iğtişaşların təşkili) 29.220.1-ci (kütləvi iğtişaşlarda iştiraka cəhd) maddəyə tövsif olunmasını istəyib.

Yalnız Sumqayıt Dövlət Universitetinin müəllimi Elman Quliyevə qarşı ittihamın olduğu kimi saxlanmasını təklif edib. Bununla belə, prokuror məhkəmədən E.Quliyevin cəzasının 8 ildən 7 ilədək azaldılmasını xahiş edib. pizza sifarişi

Prokuror 6 il müddətinə həbs edilmiş Səbuhi Rəcəbov, Riyad Nuruzadə, Sabir Əzizov və Fikrət Mirzəliyevə cəzasının yarım il azaldılmasını istəyib.

5 il müddətinə həbs edilmiş Cabir Əzizov və Gülmirzə Nuruzadənin cəza müddətinin 4,5 ilə endirilməsi istənilib.

Lakin vəkillər prokurorla razılaşmayıblar. Onların fikrincə, müttəhimlər heç bir cinayət əməli törətməyiblər. Müdafiə tərəfi hamının barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

S.Əzizovun vəkili məhkəmədən xahiş edib ki, mütəhimin ailəsinin vəziyyətinin ağır olduğunu nəzərə alsın.

"Sabir Əzizovu radikal dini qrupun üzvü hesab edirlər. Halbuki, tutulanda içkili vəziyyətdə olub. Onun atası birinci qrup əlildir, ana 180 manata xadimə işləyir. Evə çörək gətirən iki oğul vardı, onları da tutublar. İnsanlıq xatirinə, heç olmasa, birini buraxın, evi dolandıran olsun", - vəkil bildirib.

Müdafiə tərəfi bildirib ki, dövlət başçısına Gəncə hadisələri ilə bağlı düzgün məlumat verilməyib. İş üzrə həbs olunanlara işgəncə verirlər, əziyyət edirlər, iğtişaşların təşkilini etiraf etməyə məcbur edirlər.

Proses avqustun 23-də davam edəcək. Müttəhimlər son sözlə çıxış edəcəklər.

Xatırladaq ki, bundan öncə prokuror Gəncə hadisələri üzrə mühakimə olunan iki qrupun (18 nəfər) cəzasının yumşaldılmasını istəmişdi.

Turan 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!