“Prokuroram” deyib dələduzluq etdi

saytların hazırlanması

Evə çatdırılma

“Prokuroram” deyib dələduzluq etdi

Kriminal

26 Noyabr 2022 17:24 853


Bakıda özünü prokuror kimi təqdim edən şəxs dələduzluq edib.

Yenisabah.az xəbər verir ki, Axundov Sənan Fuad oğlu dələduzluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsilə ittiham elan olunub.

İttihama əsasən, S.Axundov özünü Baş Prokurorluğun əməkdaşı kimi təqdim edib. Zərərçəkmişi həbsxanalardan birinə nəzarətçi düzəltməyə inandırıb. Həmin şəxsdən isə işə düzəltmək qarşılığında deyil, özünün məişət problemləri üçün 500 manat pul alıb. Dördpendirli pizza

Həmçinin məlumata görə, Sənan Axundovun psixoloji problemləri var imiş və hadisəni törədərkən anlaqsız olduğunu etiraf edib.

Cinayət işinin istintaqı Binəqədi Rayon Məhkəməsində araşdırılacaq./Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!