Prokurorluq gömrük əməkdaşının öldürülməsi ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq gömrük əməkdaşının öldürülməsi ilə bağlı məlumat yaydı

Hadisə

13 Oktyabr 2025 10:32 604


Oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Yeni Sabah"a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək A.Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toyuqlu pizza

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olub. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!