Prokurorluq: “Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb“ 

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq: “Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb“ 

Kriminal

24 Noyabr 2022 09:40 853


Qubada meyiti tapılmış şəxsin üzərində zorakı əlamətlər aşkarlanmayıb.

Bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır: pizza

"Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!