Daha bir müşahidəçi Neftçalada öldü -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Daha bir müşahidəçi Neftçalada öldü - RƏSMİ AÇIQLAMA

Hadisə

09 Fevral 2020 22:21 1160


Fevralın 9-da saat 23 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib.  

Prokurorluqdan "Yeni Sabah"a daxil olan məlumata görə, Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.  

İlkin araşdırma zamanı müəyyən edilib ki, Mahir Hüseynov seçki prosesləri yekunlaşdıqdan sonra saat 22 radələrində Aşağı Qaramanlı kəndindən tanışının idarə etdiyi avtomobillə Neftçala şəhərinə, yaşadığı evin qarşısına gələrək pilləkənlərlə mənzilinə qalxan zaman qəflətən yıxılaraq vəfat etmişdir.   Dördpendirli pizza

Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, 2016-cı ildə “sol mədəciyin ön divarının ST elevasiyalı miokard infarktı, kəskin mərhələ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat edilib.

Həmçinin araşdırmalarla müəyyən edilib ki, Mahir Hüseynov müşahidəçisi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmamış, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

 

.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!