Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirildi

Maraqlı

10 Oktyabr 2023 18:39 443


Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında saat 10:00 və 15:00 olmaqla, 2 növbədə keçirilib. Sezar pizza

İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunub.

İmtahanda iştirak etmiş 331 namizəddən 137 nəfər müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!