Prorektor rüşvət alarkən saxlanıldı - Foto 

saytların hazırlanması

Evə çatdırılma

Prorektor rüşvət alarkən saxlanıldı - Foto 

Dünya

07 Sentyabr 2024 11:16 6278


Kiyevdə özəl universitetlərdən birinin prorektoru təhsil müəssisəsinə qəbul üçün abituriyentdən 2000 dollar alarkən saxlanılıb. 

Bu barədə sentyabrın 6-da Kiyev şəhər Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təhsil müəssisəsinin prorektoru universitetə qəbul imtahanları zamanı ona düzgün cavablar verməkdə köməklik edib. Marqarita pizza

O, pul ödəmək zərurətini onunla izah edib ki, “indi tələbə olmaq istəyən çoxlu kişilər var, sənədlərdən və qəbul imtahanlarından əlavə, onlara 2000 dollar da lazımdır”.

Həmin şəxs pul alarkən saxlanılıb. O, artıq şübhəli şəxs elan edilib. Cinayətkarı 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. (lent.az) 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!