“Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldılması tətbiq olunacaq” - Baş infeksionist

saytların hazırlanması

Evə çatdırılma

“Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldılması tətbiq olunacaq” - Baş infeksionist

Sağlamlıq

12 İyun 2021 16:05 784


Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı gündən-günə azalır, aparılan peyvəndləmə prosesi xeyli sürətlənib.

Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məlumat verib.

O bildirib ki, hazırda ölkədə koronavirusla əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır: Marqarita pizza

“Biz bunu yoluxma sayında görürük. Dünyanın müxtəlif ölkələrində yoluxma statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda yoluxma sayının 100 civarında olması, bəzən isə ikirəqəmli ədədlərə düşməsi ondan xəbər verir ki, proses nəzarət altındadır. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah iki həftə əvvəl bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar verdi. Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldılması tətbiq olunacaq və yaxın vaxtlarda normal həyata qayıda biləcəyik”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!