Psixotrop dərmanlar satan Ağdaş sakini saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Psixotrop dərmanlar satan Ağdaş sakini saxlanıldı

Kriminal

06 Aprel 2019 15:32 1193


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin, eləcə də güclü təsiredici xüsusiyyətə malik dərman preparatlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 38 yaşlı Alim Quliyev saxlanılıb.

Onun başqa bir şəxsə psixotrop tərkibli 2 ədəd “Tramadol” həbini satmaq istədiyi müəyyən olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq A.Quliyevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 12,26 qram qurudulmuş marixuana, 360 ədəd “ Tramadol” və 12 ədəd “Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkar edilərək götürülüb. pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!