PSJ-dən məhkəməyə şikayət - Mbappeyə görə

saytların hazırlanması

Evə çatdırılma

PSJ-dən məhkəməyə şikayət - Mbappeyə görə

İdman

22 İyul 2022 23:02 924


La Liqa rəhbərliyi PSJ-nin futbolçusu Kilian Mbappe ilə may ayının sonunda imzaladığı müqaviləsinin ləğv edilməsi üçün Paris inzibati məhkəməsinə müraciət ünvanlayıb.

Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, məhkəmə müraciət rədd edilib.  Liqanın vəkili Xuan Branko məhkəmənin təfərrüatlarını açıqlayıb:

"Fransa məhkəmələrindəki cəhdlərimiz güclü müqavimətlə qarşılaşdı. Lakin bu, bir neçə ay sonra Avropa məhkəmələrinə müraciət etməyimiz üçün yalnız başlanğıcdır". Dördpendirli pizza

La Liqa təmsilçiləri İdarəetməyə Nəzarət üzrə Milli Departamentin (DNCG) qərarının ləğv edilməsini də xahiş ediblər. Daha əvvəl İspaniya qurumu Paris klubuna qarşı maliyyə iddiaları ilə gündəmə gəlmişdi. Lakin onların tələbi rədd edilmişdi. Hər iki müraciətə daha uzun müddət ərzində baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!