PUA-larla bağlı gizli məlumat:   Düşmənin əlinə keçən anda...

saytların hazırlanması

Evə çatdırılma

PUA-larla bağlı gizli məlumat: Düşmənin əlinə keçən anda...

Maraqlı

13 Mart 2021 20:09 2766


Son dövrlərdə coğrafiyaların taleyini dəyişdirən pilotsuz uçuş aparatlarının (PUA) casusluq və ya kopyalanmaq niyyətilə istifadəsinə qarşı necə qorunduqları maraq dairəsindədir.

Bəzən texniki səbəblərdən, bəzənsə vurularaq qəzaya uğrayan PUA-ların kritik bilgiləri düşmən ünsürlərin əlinə keçə bilərmi?

Bu və bu kimi əhəmiyyətli sualları Türkiyə Dəniz Hərbi İnstitutunun müəllimi Ayhan Sunar cavablayıb. pizza mizza

İşin əsasında insan var

A.Sunar digər ünsürlərə toxunmadan əvvəlcə insan faktorunun üzərində dayanmalı olduğumuzu bildirib: “Firmalar pul-güc-iqtidar asılılığı kimi fərdi zəifliklərə qarşı oyaq olmalı, xətaların müəyyənləşdirildiyi anda şans tanımamalıdır. Varlığı sadəcə ticarət mənfəətləri ilə məhdudlaşmayan baxış bucağı çox əhəmiyyətlidir. Kəşfiyyat və ona qarşı mübarizə bilgisi olan firmalara ehtiyac var”.

Qəzaya uğrayan PUA-nın bütün bilgiləri düşmənin əlinə keçə bilərmi?

A.Sunar bu suala cavabında qeyd edib ki, əks mühəndislik mümkün ola bilər. Ancaq sistem və vəziyyətdən çox şey asılıdır. Bu, uzun müddət tələb edir. Düşmən tərəfinə düşən və böyük zərər görməyən PUA-ların dizayn və istehsal texnologiyasının analiz edilməsi ilə qabiliyyətləri haqqında ümumi fikir sahibi oluna bilər. Lakin bu, avadanlıqla məhdudlaşır. Əsas proqram təminatı qəza anında özünü sıfırlayır və düşmənin əlinə keçmir. Qəzaya uğrayıb ələ keçirilən sistemlər aysberqin görünən tərəfidir”. /Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!