Pul insanın ömrünü uzadırmış - Alimlərdən maraqlı araşdırma

saytların hazırlanması

Evə çatdırılma

Pul insanın ömrünü uzadırmış - Alimlərdən maraqlı araşdırma

İqtisadiyyat

19 Yanvar 2020 13:11 1187


İmkanlı insanların "sağlam" ömür müddəti kasıb insanlara nisbətən orta hesabla 9 il artıqdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Britaniya və ABŞ alimlərinin tədqiqatında məlum olub.

10 il davam edən tədqiqatlarda həyat səviyyəsi, rifah halı, sağlamlıq və onun insanların  həyatına təsiri araşdırılıb. Nəticədə məlum olub ki, 50 yaşdan sonra ən varlı kişilər orta hesabla daha 31 il yaşayırlar. Ən kasıb təbəqələrə aid olanlarda isə kişinin ömrü 50 yaşdan sonra orta hesabla 22-23 il davam edir. pizza sifarişi

İmkanlı qadınlar isə 50 yaşdan sonra orta hesabla daha 33 il yaşayırlar. Kasıb qadınlarda isə bu müddət 24-24,6 il arasındadır. Başqa sözlə hər iki halda kasıb və varlıları arasında ömür müddəti fərqi 9 il təşkil edir.  /Fed.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!