Pulsuz aksiyada qaşlarını tatuaj etdirdi   - Əri onu boşadı

saytların hazırlanması

Evə çatdırılma

Pulsuz aksiyada qaşlarını tatuaj etdirdi - Əri onu boşadı

Maraqlı

26 Aprel 2021 15:53 863


47 yaşlı qadın qaşların aparatla tatuajına pulsuz sertifikat əldə edərkən sevinir. O, qaşlarına forma verərək, gözəlləşmək və yaxınlarını heyrətləndirmək istəyib. Qadının bu arzusu baş tutub, amma əskinə.

Yenisabah.az xəbər verir ki, ABŞ-da 47 yaşlı Ceymi Ledbetter qaşların yeni tatuajı- mikrobleydinqə hədiyyə sertifikatı alıb. Sertifikatı ona rəfiqəsi hədiyyə edib və buna 280 dollar verib.

Prosedurdan sonra Ceymi qaşının üstündən əlavə ikinci qaş çəkildiyini görür. Toyuqlu pizza

“Prosedur ağrılı idi, dərim yanırdı, amma dözürdüm. Güzgüyə baxanda isə dəhşətə gəldim. Bunu heç düşmənimə də arzulamıram. Mənim özgüvənim məhv olub. Həyat yoldaşım belə məni atdı”.

Uğursuz işini qəbullanmayan usta ikinci dəfə onu yenidən tatuaja dəvət edərək, hər şeyi düzəldəcəyini söz verib. Lakin qadın ona inanmayaraq yerli səhiyyə idarəsinə şikayət edib. Məlum olub ki, onun lisenziyası yoxdur.

İndi günlərlə evdən çıxmayan Ceyni tatuajın silinməsi, pozulması üzrə mütəxəssisə müraciət edəcək. O üzünün əvvəlki görkəminə qayıtmasını istəyir. (medicina.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!