“Beynəlxalq aləmdə vəziyyət getdikcə pisləşir” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“Beynəlxalq aləmdə vəziyyət getdikcə pisləşir” - Putin

Siyasət

16 Yanvar 2026 00:24 841


Beynəlxalq vəziyyət deqradasiyaya uğrayır.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinin etimadnamələrini təqdim etmə mərasimində deyib.

Onun sözlərinə görə, münaqişələr şiddətlənir və yeni qaynar nöqtələr ortaya çıxır, beynəlxalq aləmdə vəziyyət getdikcə pisləşir. Dördpendirli pizza

Putin vurğulayıb ki, Rusiya həmişə balanslı kurs yürüdəcək və çoxqütblü dünyaya sadiqdir.

Putin bildirib ki, Ukrayna böhranı Rusiyanın maraqlarını və NATO-nun sərhədlərinə doğru irəliləməsini illərdir görməzdən gəlməyin birbaşa nəticəsidir. O əmin edib ki, “Rusiya Ukraynadakı məqsədlərini ardıcıl olaraq həyata keçirməyə davam edəcək”.

“Hesab edirik ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün şərtləri möhkəmləndirməklə əsaslı müzakirəyə qayıtmağa dəyər və bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - Rusiya lideri qeyd edib.

Putin Rusiyanın Avropa ölkələri ilə lazımi səviyyədə münasibətləri bərpa etməyə hazır olduğunu diqqətə çatdırıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!