Putin baş qərargah rəisini qovdu

saytların hazırlanması

Evə çatdırılma

Putin baş qərargah rəisini qovdu

Dünya

11 May 2022 08:30 289


Önümüzdəki günlərdə Rusiya ilə Ukrayna arasındakı müharibə daha da şiddətlənəcək.

“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O bildirib ki, Putin baş qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı əməliyyatların komandanlığından uzaqlaşdırıb: pizza mizza

“İlkin ehtimallara görə, o, qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Rusiya çıxılmaz vəziyyətə düşüb, ehtiyat qüvvələr toplamaqda çətinlik çəkir”.

Onun sözlərinə görə, işğalçılar Kramatorsk və Severodonetskin tutulacağı təqdirdə təzyiqləri artıra və Xarkov vilayətinin inzibati sərhədlərinə hücumu genişləndirə bilərlər.

“Artıq neçə həftədir müdafiəmizi yarmağa çalışırlar, Putinin siyasi gələcəyini irəli aparmaq üçün sonuncu əsgərlərlə döyüşürlər”, - ekspert vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!