Putin bu səhvinə görə Ukraynanı məğlub edə bilmədi - Kəşfiyyat

saytların hazırlanması

Evə çatdırılma

Putin bu səhvinə görə Ukraynanı məğlub edə bilmədi - Kəşfiyyat

Dünya

10 May 2022 12:35 651


Rusiya ordusu düşməni ciddi şəkildə qiymətləndirmədiyi üçün mayın 9-dək Ukraynada böyük qələbə qazandığını elan edə bilmədi.

Yenisabah.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Rusiyanın Ukraynanın müqavimətini lazımi səviyyədə qiymətləndirməməsi açıq-aşkar əməliyyat səhvlərinə gətirib çıxardı və prezident Putinə 9 May paradında Ukraynada mühüm hərbi uğur elan etməyə mane oldu”. Toyuqlu pizza

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiyanın işğal planı “məhdud müqavimətlə qarşılaşacağı və əraziləri sürətlə mühasirəyə alıb zəbt edə biləcəyinə dair yanlış fərziyyəyə əsaslanırdı”.

"Bu səhv hesablama böyük itkilərə və sonradan Rusiyanın əməliyyat planının zəifləməsinə səbəb oldu", - Böyük Britaniya Müdafiə Nazirliyi bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!