“Vilayət qubernatorlarının istefasını hakimiyyətdə baş verən çatla bir başa əlaqələndirmək, qənaətimə görə, doğru olmazdı”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ictimai-siyasi əlaqələr üzrə sədr müavini Elçin Mirzəbəyli deyib.
O, Rusiyada vilayət qubernatorlarının silsilə istefalarını, habelə bu istefaların Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə ilə əlaqəli olması barədə fikirləri doğru saymır: pizza mizza
“Əvvəla, bu istefaların səbəbləri indiyə qədər açıqlanmayıb və mahiyyət etibarilə ekspert rəyləri yalnız Rusiyadan kənar səsləndirilib. Fərqli motivlər ola bilər, yaxud həmin şəxslər istefaya məcbur da edilə bilərlər. Çünki sanksiyalar ucbatından Rusiyanın müxtəlif regionlarında, xüsusən də, ucqar ərazilərdə vəziyyət kifayət qədər ağırdır və ərzaq çatışmazlığı ilə bağlı problemlərin yaşandığı bildirilir”.
E. Mirzəbəyli əlavə edib:
“Hadisələrin artıq idarəolunmaz hala gəlməsi, yaxud problemlərin öhdəsindən gələ bilməmə hakimiyyətin özünü həmin qubernatorları “günah keçisi” kimi qurban verməyə vadar edə bilər. Hətta bu, müəyyən qədər də olsa, ictimai etirazları yatırtmaq, Rusiyanın siyasi gündəminin dəyişmək məqsədi güdür”.
“Bütövlükdə, son günlər Rusiyada etirazların sayı artır. Odur ki, istefalar Rusiya cəmiyyətində artıq neqativ əhval-ruhiyyənin daha yüksək olduğunu sübut edən faktor kimi qiymətləndirilə bilər”, - deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız