Putin Paşinyanla 6 saziş imzaladı - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Putin Paşinyanla 6 saziş imzaladı - Siyahı

Siyasət

19 Aprel 2022 23:33 792


Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdə 6 sənəd imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

İmzalanan 6 sənəd aşağıdakılardır: Toyuqlu pizza

- Ermənistan Əmək və Sosial İşlər Nazirliyi ilə Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Əməkdaşlıq Memorandumu;

- Ermənistan Ədliyyə Nazirliyinin İcra Xidməti ilə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti arasında 2022-2023-cü illər üçün əməkdaşlıq proqramı;

- Enerji və qeyri-enerji layihələri sahəsində Ermənistan-Rusiya əməkdaşlığının hərtərəfli proqramı;

- Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Departamenti ilə Ermənistan Qida Təhlükəsizliyinə Nəzarət arasında bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyası haqqında protokol;

- Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Rusiya Mədəniyyət Nazirliyi arasında 2022-2025-ci illər üçün Mədəni Əməkdaşlıq Proqramı;

- Ermənistan Ədliyyə Nazirliyi ilə Rusiya Ədliyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün əməkdaşlıq proqramı.Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!