Putin Prezident Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Prezident Əliyevi təbrik etdi

Siyasət

24 Dekabr 2025 10:31 469


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib və iki ölkə arasında əlaqələrin bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcəyinə əminliyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, təbrik teleqramında deyilir:

“Sizin rəhbərliyiniz altında Azərbaycan sosial və iqtisadi sahədə böyük uğurlar əldə edib və beynəlxalq arenada öz mövqeyini ardıcıl olaraq möhkəmləndirir". Dominos pizza

"Ölkələrimiz arasında münasibətlər mehriban dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək və bu, şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının maraqlarına xidmət edir", - Putin qeyd edib.

O, Əliyevə cansağlığı, firavanlıq və uğurlar arzulayıb, ailəsinə salamlarını çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!