Putin Qarabağdan köçən ermənilərə yardım göndərdi 

saytların hazırlanması

Evə çatdırılma

Putin Qarabağdan köçən ermənilərə yardım göndərdi 

Maraqlı

22 Noyabr 2023 13:15 741


Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdıracaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə TASS-a Nazirliyin mətbuat xidməti bildirib. 

"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 xüsusi təyinatlı təyyarəsi Jukovski Beynəlxalq Hava Limanından İrəvan hava limanına uçub. Təyyarə ümumi çəkisi 40 ton olan humanitar yükü, o cümlədən ərzaq, ədyal, yorğan-döşək dəsti, səyyar elektrik stansiyası aparıb”, - mətbuat xidmətindən bildiriblər.  Sezar pizza

Humanitar yük Rusiya prezidentinin göstərişinə əsasən və Rusiya Federasiyası hökuməti adından həyata keçirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!