Putin: “Rusiya Ukrayna ilə dialoqa açıqdır“

saytların hazırlanması

Evə çatdırılma

Putin: “Rusiya Ukrayna ilə dialoqa açıqdır“

Siyasət

03 May 2022 17:55 418


Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. 

APA-nın verdiyi məlumata görə, Putin Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Rusiya prezidenti fransalı həmkarının diqqətini Avropa İttifaqı ölkələrinin Ukrayna silahlı qüvvələrinin hərbi cinayətlərinə məhəl qoymamasına yönəldib. Putin bildirib ki, Qərb Kiyev hakimiyyətinə müvafiq təzyiq göstərməklə, eləcə də Ukraynaya silah tədarükünü dayandırmaqla bu vəhşiliklərin dayandırılmasına kömək edə bilərdi. Dördpendirli pizza

Rusiya-Ukrayna danışıqları barədə danışan Rusiya lideri bildirib ki, Kiyevin qeyri-ardıcıllığına və ciddi işə hazır olmamasına baxmayaraq, Rusiya tərəfi əvvəlki kimi dialoqa açıqdır.

Vladimir Putin vurğulayıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət ilk növbədə Qərbin sanksiyaları ilə çətinləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!