Putin Rusiyanın dostu olmayan ölkələr barədə fərman verdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Rusiyanın dostu olmayan ölkələr barədə fərman verdi

Dünya

03 May 2022 15:05 668


Rusiya Prezidenti Vladimir Putin bəzi xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar fərman imzalayıb.

Yenisabah.az Ria Novosti-yə istinadən xəbər verir ki, fərman Rusiya əleyhinə çıxan ölkələrə cavab iqtisadi tədbirlərini özündə əks etdirir.

Putin həmçinin hökumətə 10 gün ərzində Rusiyanın cavab sanksiyalarına məruz qalan şəxslərin siyahısını müəyyən etməyi tapşırıb. Pepperoni pizza

Putinin fərmanı Rusiya Federasiyasının cavab sanksiyalarına məruz qalmış xarici fiziki və hüquqi şəxslərlə əməliyyatlar aparmağı və öhdəlikləri yerinə yetirməyi qadağan edir. O, həmçinin rəsmi Moskvanın sanksiyaları altında olan şəxslərin xeyrinə Rusiya Federasiyasından xammal və məhsulların ixracını qadağan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!