Putin Şuşaya səfər edəcək?   - MARAQLI İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Putin Şuşaya səfər edəcək? - MARAQLI İDDİA

Siyasət

26 May 2024 17:54 3742


Rusiya prezidenti V. Putin Azərbaycana səfəri zamanı Şuşaya səfər edə bilər.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. 

Politoloq xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin inaqurasiyadan sonra ilk səfərini Çinə edib: pizza sifarişi

"Bu, Çinlə strateji tərəfdaş olduğunu və Qərbə qarşı eyni cəbhədə hərəkət etdiyinin mesajı idi. Putin tərəfdaşlıq etdiyi ölkələrə səfərlərə gedir. Növbəti səfər Belarusadır. Prezident A. Lukaşenko V. Putinlə ilə görüşdə Qarabağa səfəri haqqında danışacağını qeyd etdi. Görünür, V. Putin üçün A. Lukaşenkonun səfəri maraqlı olub".

"V. Putinin Türkiyə səfəri də mümkündür. Çünki bir-neçə dəfə Türkiyə səfəri təxirə salınıb. Görünür, yaxın müddətdə bu səfər reallaşa bilər. Rusiya prezidentinin növbəti səfəri Azərbaycan ola bilər. Azərbaycanla Rusiya arasında ciddi problem yoxdur. Əgər, V. Putin Azərbaycana gələrsə, Füzuli və Şuşaya səfərini təşkil etmək olar. V. Putin bu səfərdən imtina etməz" - M.Əsədullazadə fikrini tamamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!